en az

Rəssamlar və sahə mütəxəssisləri arasında söhbət | Məhdud reallıqlar

Eyni mühiti paylaşa bilərik, bəs görəsən, eyni dünyanı yaşayırıqmı?

Heyvan qoxunu izləyir. Tədqiqatçı izi oxuyur. Rəssam məkanı dinləyir. Hər biri başqalarının diqqətindən yayına biləcək məqamları qavrayır.

"Bakıya uçuş. İncəsənət Həftəsonu" çərçivəsində təşkil olunan “Məhdud reallıqlar” adlı lahiyədə dörd rəssam WWF Azərbaycan-ın sahə mütəxəssisləri ilə birlikdə vəhşi təbiəti, qavrayışı və canlıların geridə qoyduğu izləri araşdıracaq.

Söhbət zamanı sahə tədqiqatlarına və sərgidə nümayiş olunan əsərlərə əsaslanaraq, canlı orqanizmlərin və onların ətraf mühitinin bir-birini necə formalaşdırdığı, həmçinin incəsənət və elmin əks halda diqqətdən kənarda qala biləcək dəyişiklikləri necə üzə çıxara biləcəyi müzakirə olunacaq.

Eyni məkana fərqli baxış bucaqlarından nəzər saldıqda nələrin aşkarlandığını kəşf etmək üçün bu söhbətə qoşulun.

Sənətkarlar
Elnarə Nəsirli · Emin Mathers · Nəzrin Məmmədova · Hüseyn Cəlil

Xüsusi qonaqlar
Könül Əhmədova — Təbiəti mühafizə üzrə menecer, WWF Azərbaycan
Pərviz Fətullayev — Sahə mütəxəssisi, WWF Azərbaycan ilə əməkdaş
01.11.2026
12:00:00 - 13:00:00
Fluxus Space