Yoaxim Pissarro (d. 1959) sənət tarixçisi, nəzəriyyəçi, kurator və muzey məsləhətçisidir. O, Yale Universiteti, Osaka Universiteti, Sidney Universiteti və Nyu-York Şəhər Universitetinin Hunter Kollecində dərs demişdir. Pissaro, Fort-Uortdakı Kimbell İncəsənət Muzeyi, Nyu-Heyvendəki Yale Universiteti İncəsənət Qalereyası və Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində (MoMA) kurator vəzifələrində çalışmışdır. Onun Devid Karyerlə ilə həmmüəllifi olduğu ən son kitabı "Sərhədlərin Estetikası / Estetika Sərhədləri" (Aesthetics of the Margins / The Margins of Aesthetics) 2019-cu ildə Penn Dövlət Universiteti Nəşriyyatı tərəfindən nəşr olunub. 2021-ci ildə Filip de Montebello və Cennifer Stokmanla birlikdə Qlobal Muzey Strategiyaları Qrupu (Global Museum Strategies Group) təşkilatının əsasını qoyub.
Mühazirədə, əsasən Körfəz ölkələri və Asiyada yeni muzeylərin konsepsiyası, planlaşdırılması və yaradılması ilə bağlı tövsiyələr verilir.
Məkan: ADA Universiteti, E binası, Böyük Auditoriya